UEFA Millətlər Liqasında III turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə 10 qarşılaşma baş tutub.

A Liqasının I qrupunda Fransa öz meydanında İtaliya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Qrupun digər matçında isə Belçika doğma divarlar arasında Türkiyə millisini darmadağın edib – 3:0.

B Liqasının II qrupunda Macarıstan öz evində Gürcüstanı minimal hesabla üstələyib – 1:0. Qrupun digər oyununda isə Şimali İrlandiya səfərdə Ukrayna üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. B Liqasının IV qrupunda Bosniya və Herseqovina doğma meydanda İsveçlə 1:1 hesablı sülhə razılaşıb. Polşa isə öz evində Rumıniyanı cavabsız qollarla darmadağın edib – 6:0.

C Liqasının II qrupunda Kipr Ermənistanı iki cavabsız qolla məğlub edib – 2:0. Çernoqoriya isə səfərdə Latviyadan üstün olmağı bacarıb – 2:1. C Liqasının III qrupunda Moldova səfərdə Qazaxıstana qalib gəlib – 2:1. Farer adaları isə öz meydanında Slovakiya ilə xalları yarı bölüb – 1:1.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, III tur
2 oktyabr

C Liqası, III Qrup

Qazaxıstan - Moldova - 1:2
Qollar:
Nuralı Alip, 64 // Nikita Kleşşenko, 45+1; Popesku, 50

Farer adaları – Slovakiya - 1:1
Qollar:
Qilli Rolantsson Yustinusen, 66 // Qunnar Vatnhamar, 38 (avtoqol)

C Liqası, II Qrup

Kipr - Ermənistan - 2:0
Qollar:
Leonidas Konomis, 19; Andronikos Kakoullis, 31

Latviya - Çernoqoriya - 1:2
Qollar:
Martsis Ştrods, 82 // Vasiliye Adjiç, 3, 56

A Liqası, I Qrup

Fransa - İtaliya - 1:1
Qollar:
Maykl Olise, 55 // Alessandro Bastoni, 68

Belçika - Türkiyə - 3:0
Qollar:
Loi Openda, 12, 44; Leandro Trossard, 74

B Liqası, II Qrup

Macarıstan - Gürcüstan - 1:0
Qollar:
Miloş Kerkez, 35

Ukrayna - Şimali İrlandiya - 0:3
Qollar:
Kiaran Braun, 9, 22; Isaak Prays, 61

B Liqası, IV Qrup

Bosniya və Herseqovina - İsveç - 1:1
Qollar:
Ermedin Demiroviç, 58 // Deyan Kulusevski, 14

Polşa - Rumıniya - 6:0
Qollar:
Robert Levandovski, 24 (pen), 47, 86; Vircil Qita, 49 (aq); Pyotr Zelinski, 62; Yan Bednarek, 66

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest