Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının III turu çərçivəsində Danimarka ilə keçiriləcək matçdan əvvəl yığmanın düşərgəsini tərk etmək qərarına münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano öz sosial şəbəkə hesabında portuqaliyalı ulduzun fikirlərini paylaşıb.

"Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra yığmanın məşq düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gəldikdə bütün Portuqaliya xalqına hər zaman sadiq olduğum milli komandadan gedişimin əsl səbəbləri barədə həqiqəti danışacağam. İndi isə Portuqaliyaya və istisnasız olaraq bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır", – deyə təcrübəli hücumçu vurğulayıb.

Daha əvvəl futbolçunun, baş məşqçi Jorje Jezuşun aralarında heç bir münaqişənin olmadığı barədə bəyanatlarına baxmayaraq, yığmanın məşqini tərk etdiyi və yaxın saatlarda Kopenhagendən uçmalı olduğu bildirilirdi. Həmçinin mütəxəssis mətbuat konfransında Ronaldonun danimarkalılarla görüşdə iştirak etməyəcəyini anons etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest