"Mançester Siti" rəhbərliyini İngiltərə Premyer Liqasının müstəqil komissiyası tərəfindən aşkar edilmiş maliyyə pozuntularına görə cinayət məsuliyyəti və 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, Premyer Liqa daha əvvəl klubun 2009-cu ildən 2018-ci ilə qədər olan dövrdə maliyyə pozuntuları ilə bağlı bütün ittihamlar üzrə təqsirli bilindiyini açıqlamışdı.
Komissiyanın gəldiyi nəticələr polisin və vergi orqanlarının diqqətini cəlb edə bilər. Cinayət işi açılacağı təqdirdə, klub rəhbərlərinə qarşı maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan dələduzluq ittihamı irəli sürülə bilər.
"Mançester Siti" təqsirsiz olduğunu və mövcud olan bütün vasitələrlə müdafiə olunmağa hazır olduğunu bəyan edib. Klubun komissiyanın qərarından oktyabrın 2-nə qədər apelyasiya şikayəti vermək hüququ var.













