UEFA 2028-ci il Çempionlar Liqasının finalının Münhendəki "Alyans Arena"da, 1 il sonra isə turnirin həlledici matçının Barselonadakı yenilənmiş "Kamp Nou" stadionunda keçiriləcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi mətbuat xidməti məlumat yayıb.

UEFA-nın sosial şəbəkə hesabında yayımlanan bəyanatda bu stadionlar "iki əzəmətli arena" kimi xarakterizə edilib. Qurum Münhen futbol arenası və Barselonadakı "Kamp Nou"nun müvafiq olaraq 2028 və 2029-cu illərdə Çempionlar Liqasının finallarına ev sahibliyi edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Madriddəki "Metropolitano" stadionunda baş tutacaq. Turnirin hazırkı qalibi isə Fransa PSJ-sidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest