"Mançester Siti" İngiltərə Premyer Liqasının VI turu çərçivəsində "Old Trafford" stadionunda "Mançester Yunayted"i minimum hesabla məğlub edib.

Matc.az xəbər verir ki, görüşün taleyini Erlinq Halandın oyunun 60-cı dəqiqəsində komandanın hücumunu tamamlayan yeganə qolu həll edib.

Bu qol 26 yaşlı norveçli hücumçu üçün tarixi olub. Bunun sayəsində o, klub əfsanələrini qabaqlayaraq, "Mançester Siti" və "Mançester Yunayted" arasındakı Premyer Liqa qarşıdurmaları tarixinin ən yaxşı bombardirləri siyahısına başçılıq edib:

1. Erlinq Haland (8 oyun) – 9 qol
2. Serxio Aquero (13 oyun) – 8 qol
3. Ueyn Runi (21 oyun) – 8 qol

Bu matçdan sonra "Mançester Yunayted" 4 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb, "Siti" isə 12 xalla ikinci sıradadır.

Növbəti turda "qırmızı şeytanlar" sentyabrın 20-də "Fulhem"lə qarşılaşacaq, "şəhərlilər" isə elə həmin gün "Sanderlend"lə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest