Türkiyə Superliqasında V turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Turun ən diqqətçəkən nəticəsi "Samsunspor"un öz meydanında "Çorum"a 1:5 hesabı ilə böyük hesabla məğlub olması olub. Digər qarşılaşmada "Rizespor" azlıqda qalmasına baxmayaraq, səfərdə "Eyüpspor"u iki cavabsız qolla (2:0) məğlub etməyi bacarıb.

Günün digər oyunlarında "Alanyaspor" öz evində "Göztəpə" ilə məhsuldar heç-heçəyə (2:2) razılaşıb. "Konyaspor" isə doğma divarlar arasında "Trabzonspor"u minimal hesabla (1:0) üstələyərək mühüm 3 xal qazanıb.

Türkiyə Superliqası
V tur
12 sentyabr

"Samsunspor" – "Çorum" - 1:5
Qollar
: Tomasson, 5 // Ramirez, 1, 71, Ünder, 10, 15, Kyziridis, 69

"Eyüpspor" – "Rizəspor" - 0:2
Qollar:
Sov, 21, Bulut, 90+2

"Alanyaspor" – "Göztəpə" - 2:2
Qollar:
Fernandes, 63, Makouta, 75 // Raldney, 28, Santos, 73-pen.

"Konyaspor" – "Trabzonspor" - 1:0
Qollar:
Toth, 2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest