Çexiya çempionatının VIII turunda "Teplitse" öz meydanında UEFA Çempionlar Liqasında "Sabah"ın rəqiblərindən olan Praqa "Slaviya"sını qəbul edib.

Matc.az xəbər verir ki, qarşılaşma qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə Samuel İsifenin ötürməsindən sonra Viktor Novak açıb. Oyunun 81-ci dəqiqəsində isə meydan sahiblərinin oyunçusu Oskars Vintless öz qapısına qol vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarının sayını 20-yə çatdıran "Slaviya" turnir cədvəlində liderliyini davam etdirir. Aktivində 13 xalı olan "Teplitse" isə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Praqa təmsilçisi oktyabrın 13-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda "Sabah" klubunun qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest