"Bayern" klubu yeni rəsmi formasını təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Münhen təmsilçisi Almaniyanın "adidas" idman brendi ilə birgə 2026-cı ilin Oktoberfest festivalına həsr olunmuş xüsusi dəsti təqdim edib.
Klubun yaydığı bəyanatda bu fikirlər yer alıb: "Münhendə Oktoberfest başlayanda, ənənələr həyat eşqi və futbol ruhu ilə birləşəndə "Bayern"in yeni formasının vaxtı gəlir! Klubumuz bu il Oktoberfestin xüsusi atmosferini meydana daşımaq üçün yenidən "adidas"la bir araya gəlir. Yeni forma ənənəvi Münhen üslubunu müasir, inamlı dizaynla birləşdirir və bu dövrü xüsusi edən hər şeyi: həyat eşqini, birlik hissini və müxtəlifliyi tərənnüm edir.
Rəngarəng çiçək naxışları ənənəvi çiçək motivlərinin müasir interpretasiyasıdır. Müxtəlif parlaq rənglər çoxsaylı çalarları – rəngarəng, parlaq və müxtəlifliyi əks etdirir və hər il Oktoberfest zamanı Münhenə xas olan unikal atmosferi ötürür".
Qeyd olunur ki, Münhen klubu növbəti oyununa məhz bu formada çıxacaq.













