"Atletiko"nun yarımmüdafiəçisi Koke İspaniya La Liqasında ən çox oyun keçirən futbolçuların ilk onluğuna daxil olub.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu, İspaniya çempionatının V turunun qarşılaşmasına təsadüf edib. O, "Real Sosedad" ilə oyunda (3:0) meydana sonradan daxil olub.
Bu qarşılaşma "Atletiko"nun kapitanı üçün La Liqada 524-cü olub. Bu göstərici ilə o, Manolo Sançisi qabaqlayaraq 10-cu pilləyə yüksəlib.
La Liqada ən çox oyun keçirən futbolçuların siyahısı belədir:
1-2. Andoni Subisareta – 622
1-2. Xoakin – 622
3. Raul Qarsiya – 609
4. Antuan Qrizmann – 564
5. Dani Parexo – 558
6. Raul – 550
7. Eusebio Sakristan – 543
8. Fransisko Buyo – 542
9. Serxio Ramos – 536
10. Koke – 524
Qeyd edək ki, Koke bütün karyerasını heyətində keçirdiyi "Atletiko"nun yetirməsidir. O, Madrid təmsilçisi ilə səkkiz titula sahib çıxıb, 50 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.













