"Real"ın baş məşqçisi Joze Mourinyo komandasına ciddi irəliləyiş əldə etmək üçün nə qədər vaxt lazım olduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis La Liqanın "Elçe" ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında danışıb.
Təcrübəli çalışdırıcı tərəqqi müddəti ilə bağlı bunları deyib: "Mən 3 ay vaxt istəyirəm, digərləri isə 10 il... Ola bilsin, fikrimi tam düzgün ifadə etməmişəm. Demək istəyirəm ki, 3 aydan sonra indikindən daha yaxşı olmağımızı istəyirəm, lakin 3 aya inanılmaz səviyyəyə çatmağımıza imkan verəcək sehrli düstura sahib deyiləm.
Hər matçda və hər məşqdə məqsəd təkmilləşməkdir. Oyunçular birlikdə nə qədər çox çalışsalar və məşqçi komanda ilə nə qədər çox vaxt keçirsə, onun daha güclü olması üçün bir o qədər çox imkan yaranır".













