14 Sentyabr 2026, 16:50
FUTBOL
O, fəaliyyətini Bakı Olimpiya Stadionunda (BOS) davam etdirəcək.
Tanınmış jurnalist, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri, son olaraq "Səbail"in icraçı direktoru vəzifəsini tutan Firuz Abdullanın yeni iş yeri müəyyənləşib.
Matc.az xəbər verir ki, o, fəaliyyətini Bakı Olimpiya Stadionunda (BOS) davam etdirəcək.
F.Abdulla BOS-un İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.













