19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.

Matc.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest