Türkiyə Superliqasında V turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

"Amed" doğma meydanda "Başakşəhər"i qəbul edib və rəqibini 5 cavabsız qolla darmadağın edib.

Digər qarşılaşmada "Qalatasaray" öz evində "Kocaelispor"u minimal hesabla üstələməyi bacarıb.

"Gənclərbirliyi" isə azarkeşləri önündə "Kasımpaşa"ya 1:2 hesabı ilə məğlub olub.

Türkiyə Superliqası
V tur
13 sentyabr

"Amed" – "Başakşəhər" - 5:0
Qollar:
Emin Bayram, 45 (aq) // Gift Orban, 52, 56, 75, Mbaye Diagne, 84

"Qalatasaray" – "Kocaelispor" - 1:0
Qol:
Abdülkerim Bardakcı, 71

"Gənclərbirliyi" – "Kasımpaşa" - 1:2
Qollar:
Ousmane Diabate, 23 // Adrian Benedyczak, 79, Güven Yalçın, 90+4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest