17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında sentyabrın 6-da baş tutan ilk görüşdə də rəqib komanda minimal (1:0) hesabla qalib gəlmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest