Bu gün 2026-cı ilin "Qızıl top" ("Ballon d`Or") mükafatına namizəd olan 30 futbolçunun rəsmi siyahısı elan edilib.

Bu gün 2026-cı ilin "Qızıl top" ("Ballon d'Or") mükafatına namizəd olan 30 futbolçunun rəsmi siyahısı elan edilib.

Matc.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

30 nəfərlik əsas siyahıya Cud Bellingem, Pau Kubarsi, Mark Kukurelya, Usman Dembele, Luis Dias, Bruno Fernandeş, Qabriel, Erlinq Haland, Əşrəf Hakimi, Harri Keyn, Xviça Kvarasxeliya, Lamin Yamal, Sadio Mane, Markinyos, Lautaro Martines, Kilian Mbappe, Nunu Mendeş, Lionel Messi, Joau Neveş, Maykl Olise, Vilyan Paço, Xulian Kinyones, Deklan Rays, Rodri, Fabian Ruis, Uilyam Saliba, Ferran Torres, Dayo Upamekano, Vinisius Junior və Vitinya daxil ediliblər.

Tədbirdə digər nominasiyalar üzrə də iddialıların adları açıqlanıb. İlin ən yaxşı kişi futbol klubu adına "Arsenal", "Bavariya", PSJ, "Flamenqo" və "Budo-Qlimt" namizəd göstərilib.

Ən yaxşı gənc istedad ("Kopa Trophy") mükafatına Kerim Alaybeqoviç, Əyyub Buaddi, Pau Kubarsi, Yan Diomande, Lennart Karl, Eli Junior Krupi, Lamin Yamal, Yohan Manzambi, İbrahim Maza və Uorren Zair-Emeri iddialıdır.

İlin ən yaxşı kişi qapıçısı ("Yaşin Trophy") adına isə Yassin Bunu, Tibo Kurtua, Joan Qarsiya, Qreqor Kobel, Emiliano Martines, Eduar Mendi, David Raya, Matvey Safonov, Unai Simon və Vozinya namizəd olublar.

İlin ən yaxşı kişi məşqçisi adı uğrunda Mikel Arteta, Luis de la Fuente, Unai Emeri, Vensan Kompani və Luis Enrike mübarizə aparacaqlar.

Mükafatlandırma mərasimi 2026-cı il oktyabrın 26-da Londonda baş tutacaq.

Xatırladaq ki, ötən il bu mükafata PSJ-nin lideri Usman Dembele layiq görülüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest