"Milan" cinah hücumçusu Rafael Leaunu "Mançester Siti"nin mərkəz müdafiəçisi və kapitanı Ruben Diaş ilə mübadilə variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Sport Mediaset" nəşri məlumat yayıb.

Bildirilir ki, hər iki futbolçunun maraqlarını təmsil edən portuqaliyalı agent Jorje Mendeş bu mümkün transfer mübadiləsində mühüm rol oynaya bilər.

"Rossoneri"nin baş məşqçisi Ruben Amorim hazırda komandaya yüksək səviyyəli müdafiəçi axtarır.

Bununla belə, Mendeşin hələ də Leaunun "Qalatasaray"a və ya Səudiyyə Ərəbistanı klublarından birinə keçid variantlarını nəzərdən keçirdiyi vurğulanır.

Ötən mövsüm Leau bütün turnirlərdə 31 matçda iştirak edib, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Diaş isə çıxış etdiyi 33 görüşdə 2 dəfə rəqib qapılarına yol tapıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest