"Çelsi" hücumçusu Joao Pedro ilə müqavilənin müddətinin 2034-cü ilə qədər uzadıldığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard London təmsilçisi ilə yeni sözləşmə imzaladığı üçün çox xoşbəxt olduğunu bildirib. Joao Pedro böyük klubda oynamağın hər zaman xəyalı olduğunu qeyd edib:

"Mən "Çelsi" ilə yeni müqavilə imzaladığım üçün çox şadram. Həmişə böyük klubda çıxış etməyi xəyal etmişəm və həyatımı uzunmüddətli dövrdə bu kluba həsr etmək imkanı mənim üçün böyük məna kəsb edir. "Çelsi"nin köklü qələbə ənənəsi var və klubun gələcək üçün böyük hədəfləri mövcuddur".

Ulduz futbolçu 2025-ci ilin yayından "zadəganlar"ın heyətində çıxış edir. Bu müddət ərzində Pedro bütün turnirlərdə 53 matçda iştirak edib, 23 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. "Çelsi" azarkeşləri 24 yaşlı hücumçunu ötən mövsümün yekunlarına görə komandanın ən yaxşı oyunçusu seçiblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest