AFFA tərəfindən U-15 milli komandası üçün təşkil edilən xüsusi seleksiya turnirinə start verilib.
AFFA tərəfindən U-15 milli komandası üçün təşkil edilən xüsusi seleksiya turnirinə start verilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi mənbələri məlumat yayıb.
Yarışın əsas məqsədi aşağı yaş qrupu üzrə yığma komandaya ən istedadlı yeniyetmə futbolçuları cəlb etməkdir.
Gərgin rəqabət şəraitində keçən seleksiya xarakterli turnirdə ümumilikdə 9 komandanın heyətində 135 gənc oyunçu qüvvəsini sınayır. Bütün futbolçuların vahid bir hədəfi var, o da U-15 millisinin heyətində yer almaq şansı qazanmaqdır.
Üç gün davam edəcək turnir çərçivəsində meydanda böyük rəqabətin yaşanacağı 20 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.












