"Yuventus" "Volfsburq"dan Kamil Qrabaranı satın almaq hüququ ilə icarəyə götürür.

Matc.az xəbər verir ki, bu barədə "Meczyki" nəşri məlumat yayıb.

Turin klubu "Volfsburq"un qapıçısını 1 illik icarəyə götürməyə yaxındır.

Bildirilir ki, bu variant "Aston Villa"dan Emiliano Martinesin transferinin baş tutmamasından sonra aktuallaşıb. İtaliya klubu Qrabaranın Qulyelmo Vikarionun rəhbərlik edəcəyi yeni qapıçı briqadasının bir hissəsi olacağına ümid edir.

Ötən mövsüm 27 yaşlı polyak qolkiper Bundesliqada 34 matçda meydana çıxıb və hər oyunda orta hesabla 2,03 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest