İngiltərə 2038-ci və ya 2042-ci illərdə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün planlar hazırlayır.

Matc.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Təşəbbüs Böyük Britaniyanın Baş naziri Endi Bernemə məxsusdur və hökumət artıq ingilis futbol təşkilatları ilə iddia ərizəsinin verilməsi imkanlarını müzakirə edir.

İngiltərə indiyə qədər dünya çempionatına yalnız bir dəfə – yeganə çempionluq titulunu qazandığı 1966-cı ildə ev sahibliyi edib. Ölkə 2028-ci ildə isə Avropa çempionatının ev sahiblərindən biri olacaq.

Daha əvvəl Almaniyanın da 2038-ci və ya 2042-ci illərdəki dünya çempionatına ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparmağı planlaşdırdığı barədə məlumat verilmişdi.

Qeyd edək ki, 2030-cu ildə dünya çempionatı Portuqaliya, İspaniya və Mərakeşdə, 2034-cü ildə isə Səudiyyə Ərəbistanında təşkil olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest