"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında cari mövsüm çıxdığı ilk matçda qol vurmağı bacarıb.

 Portuqaliyalı ulduz futbolçu "Əl-Riyad" ilə keçirilən görüşdə fərqlənib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti məlumat yayıb.

Çempionatın ilk turunu buraxan təcrübəli forvard II turun qarşılaşmasında meydana daxil olub. O, matçın 83-cü dəqiqəsində cərimə meydançasının mərkəzində qərarlaşaraq Ayman Yahyanın ötürməsini qəbul edib, geriyə dönərək dəqiq zərbə ilə hesabı 4:0 edib.

Bu qol portuqaliyalı oyunçunun karyerasında vurduğu 977-ci top olub. O, rəqib qapılarına yolladığı qolların 831-ni klub səviyyəsində, 146-nı isə milli komandanın heyətində rəsmiləşdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest