"Liverpul"un mərkəz yarımmüdafiəçisi Kertis Cons Milanın "İnter" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti 5 illikdir və 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Transfer məbləği rəsmi olaraq açıqlanmasa da, söhbət bonuslar da daxil olmaqla 36 milyon avrodan gedir. Müqavilənin şərtlərinə əsasən, "Liverpul" oyunçunun növbəti satışından da faiz əldə edəcək.

Kertis Cons Mersisayd klubunun yetirməsidir. O, əsas komandada 2019-cu ildə debüt edib və 19 yaşında klub tarixinin ən gənc kapitanı olub. Futbolçu komanda ilə Premyer Liqa, İngiltərə Kuboku və Liqa Kubokunun qalibi adını qazanıb.

Ötən mövsüm 49 matçda meydana çıxan Cons 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi İngiltərə millisinin heyətində rəsmi oyunlarda isə keçirdiyi 6 qarşılaşmada 1 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest