"Çelsi"nin müdafiəçisi Benua Badyaşil İtaliya A Seriyası təmsilçisi "Napoli"yə mövsümün sonuna qədər icarəyə keçib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Neapol təmsilçisinin 25 yaşlı fransalı oyunçunun icarəsi üçün "Çelsi"yə 3 milyon avro ödəyəcəyi bildirilir.

Tərəflər arasındakı müqavilədə müdafiəçinin birdəfəlik transferi üçün 27 milyon avroluq satın alma bəndi də yer alıb.

Benua Badyaşil İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə cəmi 8 matçda meydanda olub. O, həmçinin Çempionlar Liqasında 4 qarşılaşmada şans qazanıb.

Onun "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyəri 15 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest