22 Avqust 2026, 15:28
FUTBOL
"Selta" 34 yaşlı yarımmüdafiəçisi Matias Vesino ilə müqaviləyə xitam verildiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Viqo təmsilçisi təcrübəli futbolçuya göstərdiyi peşəkarlığa görə təşəkkür edib və ona karyerasının yeni mərhələsində uğurlar arzulayıb.
Uruqvaylı yarımmüdafiəçi İspaniya klubuna 2026-cı ilin fevralında İtaliya "Latsio"sundan transfer olunmuşdu. O, komandanın heyətində ümumilikdə 12 matçda meydana çıxıb ki, bunlardan da altısı La Liqa, altısı isə Avropa Liqası oyunlarına təsadüf edib.













