03 Avqust 2026, 14:11
ÇEMPİONLAR LİQASI
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olub.
"Sabah" növbəti – III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu mübarizədən kənarlaşdıra bilsə, pley-off-da "Hapoel" (Beer-Şeva, İsrail) – "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da baş tutacaq.

.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)



_1790009893.jpeg)





