31 İyul 2026, 14:55
ÇEMPİONLAR LİQASI
Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə Azərbaycan təmsilçisi "Sabah" arasında keçiriləcək ilk oyunun hakim briqadası müəyyənləşib.
Matc.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Yan xətlərdə ona Aleksandar Kasapoviç və Qreqa Kordej köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Matey Juq, AVAR hakimi isə Alen Boroşak olacaq.
Xatırladaq ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də Danimarkada baş tutacaq və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.













