30 İyul 2026, 15:00
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Orhus" (Danimarka) qarşılaşmasının ədalət təmsilçiləri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Meydanda baş hakim Juan Pineyruya yan xətt hakimləri Lusiano Maria və Hüqo Markes kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.
Xatırladaq ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə avqustun 11-də Bakıda baş tutacaq.












