"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofia) klubu ilə keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofia) klubu ilə keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Bakıda oynanılacaq ilk matç İtaliyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Daniele Çiffi olacaq. Ona yan xətt hakimləri Covanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Valerio Marini, AVAR hakimi isə Federiko La Penna olacaq.
Sofiyadakı cavab görüşü isə Belçikadan olan ədalət təmsilçilərinə həvalə olunub. Matçın baş hakimi Bram Van Drişşeyə Mişel Seldreyers və İv De Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək. Cavab oyununun VAR hakimi Bert Put, AVAR hakimi isə Vesli De Kremer olacaq.
Xatırladaq ki, "Qarabağ"la ÇSKA arasında ilk oyun iyulun 23-də, cavab matçı isə iyulun 30-da keçiriləcək.













