Yeni mövsümün hazırlıq məqsədli toplanışını Avstriyada keçirən "Sabah" komandası bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Matc.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gəlib.

Tirol bölgəsində baş tutan sınaq matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, paytaxt təmsilçisi Avstriyadakı ilk yoldaşlıq görüşündə Rumıniyanın "Universitatya Krayova" klubu ilə heç-heçə (1:1) edib. "Bayquşlar" toplanış çərçivəsindəki son oyununu iyulun 2-də Ukraynanın "Polissya" komandasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest