"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers Avropa Liqasında cari mövsümün ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Ötən gün "Aston Villa" Avropa Liqasının finalında "Frayburq"u 3:0 hesabı ilə məğlub edib. 23 yaşlı Rocers həmin matçda 1 qol və 1 məhsuldar ötürmə edib. O, 2025/26 Avropa Liqasında 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Frayburq"un 20 yaşlı isveçrəli yarımmüdafiəçisi Yohan Manzambi isə Avropa Liqasında mövsümün kəşfi olub. O, bu mövsüm 15 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Turnirin simvolik komandası da müəyyənləşib: Emiliano Martinez ("Aston Villa"), Mingueza ("Selta"), Morato ("Nottingem Forest"), Ginter ("Frayburq"), Viktor Qomez ("Braqa"), Rodcers ("Aston Villa"), Eggestein ("Frayburq"), Makginn ("Aston Villa"), Buendia ("Aston Villa"), Entoni ("Betis"), İqor Jesus ("Nottingem Forest").













