21 May 2026, 11:10
AVROPA LİQASI
UEFA Avropa Liqasının "Frayburq"la final matçından öncə "Aston Villa"nın qapıçısı Emilyano Martinesin barmağı sınıb.
Matc.az xəbər verir ki, argentinalı qolkiper oyundan sonra bunu deyib:
"Oyundan əvvəl isinmə hərəkətləri zamanı barmağım sındı. Amma mənim üçün hər pis şey, özü ilə bərabər yaxşı şeylər də gətirir. Daha əvvəl heç vaxt barmağım qırılmamışdı. Topu hər tutanda fərqli tərəfə gedirdi. Lakin bunlar yaşamalı olduğunuz şeylərdir. "Aston Villa"nın şərəfini qoruduğum üçün qürur duyuram.”
Qeyd edək ki, 3:0 hesablı qələbə qazanan "Aston Villa" turnirin qalibi olub.




_1779359939.jpg)
_1779359873.jpg)







