"Hesab edirəm ki, həm bu matçda, həm də mövsüm boyu, xüsusən də Çempionlar Liqasında göstərdiyimiz oyun inanılmaz səviyyədədir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynadıq".
PSJ UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə 1:1 hesablı heç-heçə edərək finala yüksəlib.
Matc.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qarşılaşmadan sonra açıqlama verib. İspaniyalı mütəxəssis finala layiq olduqlarını deyib:
"Bu, inanılmazdır. Hesab edirəm ki, həm bu matçda, həm də mövsüm boyu, xüsusən də Çempionlar Liqasında göstərdiyimiz oyun inanılmaz səviyyədədir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynadıq. Bizi müşayiət edən 4000-ə yaxın azarkeşimizlə birlikdə çətinliklərə sinə gərdik. Oyunun gedişatında hər zaman ağır anlar olur. Xoşbəxtik. Topa sahib olmağı sevdiyimizi göstərdik. Eyni zamanda müdafiə olunmaq lazım gəldikdə, bunu da necə edəcəyimizi bildiyimizi sübut etdik.
İndi bütün parislilərlə birlikdə bu anın dadını çıxarmaq və növbəti Çempionlar Liqası finalına hazırlaşmaq vaxtıdır. Parisə gəlişimdən 3 il keçir. Hər zaman azarkeşlərlə komanda arasındakı bu bağı hiss etmişik. Bu, son dərəcə vacibdir. Dayanmadan davam etmək vacibdir. Bu, 13 il ərzində beşinci yarımfinalımız və üçüncü finalımızdır. Nə qədər böyük bir yol keçdiyimizi, uzun və çətin bir səyahət etdiyimizi gördünüz. Finala layiqik. Mövsümün ilk günündən bəri bunun üçün çox çalışmışıq. Bu anı yenidən yaşamaq istəyirdik.
Doğru düşüncə tərzi ilə davam etməli və finala ötən ilki kimi yanaşmalıyıq. Hər oyunçu meydanda maksimumunu verir, üzərinə düşəni edir. Azarkeşlərimizə bizim üçün etdikləri hər şeyə görə təşəkkür edirəm. "Bavariya"nın evinə gəlmək və 90 dəqiqə dayanmadan oxumaq heç də asan deyil. İkinci dəfə Çempionlar Liqasının qalibi olmaq üçün bircə oyunumuz qalıb. Çalışmağa davam etməliyik. Asan olmayacaq. Lakin irəliləməli, işləməli və gücümüzü bərpa etməliyik".
Qeyd edək ki, PSJ həlledici görüşdə "Arsenal"la qarşılaşacaq. Final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeşətdə baş tutacaq.

_1778159848.jpg)



_1778153577.jpg)

_1778151693.jpg)





