"Bavariya"nın kapitanı Manuel Noyer UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin PSJ ilə cavab oyunundan (1:1) sonra açıqlama verib.

Matc.az xəbər verir ki, almaniyalı qapıçı komandanın hücumda inamlı çıxış etmədiyini bildirib:

"Hücumda kifayət qədər inamlı görünmürdük. Çox sayda qol epizodumuz olmasa da, qələbə qazanmaq üçün imkanlarımız var idi. Finala çox yaxın idik, lakin fürsətlərimizi dəyərləndirə bilmədik. ​Həlledici məqam yetişəndə və qol vuranda hər şey dəyişir. Təəssüf ki, vurduğumuz qol bir qədər gecikdi. Stadiondakı ab-hava gərgin və həyəcanlı idi. Son ana qədər oyunun içində idik, lakin rəqibin cərimə meydançasında bizə bir az inam çatmadı. Hər iki komanda yüksək intensivliklə oynadı. biz daha iki-üç qol vura bilərdik. Yaxşı presinq və sürətli əks-hücumlar vasitəsilə şanslar yaratmağa çalışdıq. ​Əlbəttə ki, hazırda məyusluq hissi üstünlük təşkil edir. Amma qarşıda bizi Almaniya kubokunun finalı gözləyir. Berliindəki həmin oyunu səbirsizliklə gözləyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest