03 Oktyabr 2026, 20:27
FUTBOL
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində bu gün ilk yoldaşlıq oyununu keçirib.
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində bu gün ilk yoldaşlıq oyununu keçirib.
Matc.az xəbər verir ki, U-20 millimiz Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.











_1792084612.jpg)
