Londonun "Arsenal" klubunun və İsveç milli komandasının hücumçusu Viktor Dyökeres Millətlər Liqasında rekorda imza atıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Dyökeres Millətlər Liqasının üçüncü turunda Bosniya və Herseqovina ilə matçda (1:1) qol vurmağı bacarıb. Bu qol sayəsində o, turnirin tarixində ardıcıl altı oyunda fərqlənən ilk futbolçu olub.

Serbiya millisinin üzvü Aleksandr Mitroviç və sloveniyalı Benyamin Şeşko isə ardıcıl beş oyunda qol vurmağı bacarıblar.

İsveçli hücumçu sözügedən altı qarşılaşmada ümumilikdə 9 qol vurub və 2 qolun ötürməsini verib. Əgər məhsuldar ötürmələr də nəzərə alınarsa, onun turnirdəki məhsuldarlıq seriyası artıq 10 oyundur ki, davam edir. Dyökeresin altı matçlıq qol seriyası ötən mövsüm turnirin dördüncü turunda Estoniyaya qarşı keçirilən (3:0) görüşdən başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest