03 Oktyabr 2026, 16:31
FUTBOL
İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya La Liqada sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, ötən ay Rafinya La Liqada dörd qarşılaşmada meydana çıxıb, bu oyunlarda 7 qol və 2 məhsuldar ötürmə ilə yaddan qalıb. Hücumçu "Valensiya"nın qapısına yol tapmağı bacarıb, "Rasinq" və "Sevilya" ilə matçlarda isə het-trikə imza atıb.
Səsvermədə braziliyalı oyunçu Kilian Mbappe ("Real" Madrid), Conatan Devid ("Atletiko" Madrid), Serxio Kamelyo ("Rayo Valyekano") və Fer Ninyonu ("Elçe") geridə qoyub.
Qeyd edək ki, o, avqust ayının da ən yaxşı oyunçusu adına layiq görülmüşdü.













