Braziliya millisini çalışdıran italyan mütəxəssis Karlo Ançelotti illik 10 milyon avro maaşla milli komandaların baş məşqçiləri arasında ən çox qazanan mütəxəssisdir.
Matc.az xəbər verir ki, bu barədə AS idman nəşri məlumat yayıb.
Bildirilir ki, siyahıda ikinci pillədə Almaniya yığmasının baş məşqçisi Yurgen Klopp (7 milyon avro), üçüncü yerdə isə ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettino (6,8 milyon avro) qərarlaşıb.
Reytinqin sonrakı sıralarında Tomas Tuxel (İngiltərə, 6 milyon avro), Luis de la Fuente (İspaniya, 5 milyon avro) və Jorje Jejuş (Portuqaliya, 4 milyon avro) yer alıblar.
Siyahının davamında Znəddin Zidan (Fransa, 3,6 milyon avro), Xavi (Niderland, 3 milyon avro), Lionel Skaloni (Argentina, 2,3 milyon avro) və Ralf Ranqnikin (Avstriya, 2 milyon avro) adları qeyd olunub.
AS nəşrinin versiyasına görə ən çox maaş alan 10 milli komanda məşqçisi:
1. Karlo Ançelotti (Braziliya millisi) - illik 10 milyon avro
2. Yurgen Klopp (Almaniya millisi) - 7 milyon avro
3. Maurisio Poçettino (ABŞ millisi) - 6,8 milyon avro
4. Tomas Tuxel (İngiltərə millisi) - 6 milyon avro
5. Luis de la Fuente (İspaniya millisi) - 5 milyon avro
6. Jorje Jejuş (Portuqaliya millisi) - 4 milyon avro
7. Zinədin Zidan (Fransa millisi) — 3,6 milyon avro
8. Xavi (Niderland millisi) - 3 milyon avro
9. Lionel Skaloni (Argentina millisi) - 2,3 milyon avro
10. Ralf Ranqnik (Avstriya millisi) - 2 milyon avro













