UEFA Millətlər Liqasında III tura start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.

D Liqasının II qrupunda mübarizə aparan Azərbaycan milli komandası doğma meydanda Lixtenşteyni qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb və matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. D Liqasının I qrupunda keçirilən digər qarşılaşmada isə Malta öz evində Cəbəllüttariqlə xalları yarı bölüb - 1:1.

A Liqasının II qrupunda Almaniya yığması doğma azarkeşləri önündə Serbiyanı sınağa çəkib və 2:0 hesablı inamlı qələbə qazanıb. Qrupun digər gərgin oyununda isə Yunanıstan Niderland kollektivini qəbul edib. Dörd qolun vurulduğu bu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

A Liqasının IV qrupunda Portuqaliya millisi Danimarkanın qonağı olub. Qol yağışının qeydə alındığı matç portuqaliyalıların 4:2 hesablı böyük qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Uels öz meydanında Norveç yığmasından üstün olmağı bacarıb - 2:1.

B Liqasının III qrupunda isə İrlandiya komandası Avstriya ilə qarşılaşıb və bu oyunda tərəflər hərəyə iki qol vuraraq meydandan heç-heçə ilə ayrılıblar - 2:2. Qrupun digər matçında İsrail və Kosovo kollektivləri üz-üzə gəlsələr də, bu görüşdə hesab açılmayıb - 0:0.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, III tur
1 oktyabr

D Liqası, II Qrup

Azərbaycan – Lixtenşteyn - 0:0

A Liqası, II Qrup

Almaniya – Serbiya - 2:0
Qollar:
Tom Bişof, 39; Florian Virts, 61

Yunanıstan – Niderland - 2:2
Qollar:
Fotis Ioannidis, 23; Giorgos Masuras, 45+2 // Vircil van Deyk, 59; Tiyyani Reynders, 89

A Liqası, IV Qrup

Danimarka – Portuqaliya - 2:4
Qollar:
Mikkel Damsqaard, 23; Rasmus Höylund, 53 // Joao Kanselo, 13; Qonsalo Ramos, 25; Vitinya, 67; Joao Feliks, 87

Uels – Norveç - 2:1
Qollar:
Daniel Ceyms, 38; Neko Vilyams, 48 // Oskar Bobb, 11

B Liqası, III Qrup

İrlandiya – Avstriya – 2:2
Qollar:
Troy Parrott, 44; Şeymus Koulman, 76 // Marko Arnautoviç, 18; Marsel Sabitser, 65

İsrail – Kosovo - 0:0

D Liqası, I Qrup

Malta – Cəbəllüttariq - 1:1
Qollar:
Cozef Mbong, 58 // Liam Uoker, 22

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest