UEFA Millətlər Liqasında III tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə 6 qarşılaşma baş tutub.
A Liqasının III qrupunda Xorvatiya öz meydanında İngiltərəyə 0:7 hesabı ilə uduzub, İspaniya isə Çexiyanı 3:1 hesabı ilə üstələyib.
B Liqasının I qrupunda İsveçrə Sloveniyaya 2:1 hesabı ilə qalib gəlib, Şimali Makedoniya isə Şotlandiyaya 0:2 hesabı ilə məğlub olub.
C Liqasının I qrupunda Finlandiya Albaniyaya 2:1 hesab ilə qalib gəlib, Belarus isə San-Marinonu 4:0 hesabı ilə darmadağın edib.
C Liqasının IV qrupunda İslandiya Bolqarıstanı 3:0, Estoniya isə Lüksemburqu 1:0 hesabı ilə məğlub yola salıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, III tur
3 oktyabr
A Liqası, III Qrup
Xorvatiya – İngiltərə - 0:7
Qollar: Harri Keyn, 8, 53, Cud Bellinqem, 21, Entoni Qordon, 39, Bukayo Saka, 45, 68, Morqan Rocers, 87
İspaniya – Çexiya - 3:1
Qollar: Lamin Yamal, 6, Rodriqo Hernandez, 35, Mikel Merino, 89 // Jiri Slama, 69
B Liqası, I Qrup
İsveçrə – Sloveniya - 2:1
Qollar: Erik Janja, 10-öz qapısına, Dan Ndoye, 38 // Jan Vipotnik, 2
Şimali Makedoniya – Şotlandiya - 0:2
Qollar: Kieron Bowie, 7, Con Makginn, 69-penaltidən
C Liqası, I Qrup
Finlandiya – Albaniya - 2:1
Qollar: Leo Valta, 26, 71 // Rey Manaj, 4
Belarus – San-Marino - 4:0
Qollar: Artyom Kontsevoy, 46, 88, Artyom Şumanski, 65, Maks Ebonq, 68
C Liqası, IV Qrup
İslandiya – Bolqarıstan - 3:0
Qollar: Orri Oskarsson, 37, 60
Estoniya – Lüksemburq - 1:0
Qol: Pitson, 5









_1792084612.jpg)


