"Liverpul" klubu futbolçunun gözlənilən səviyyəyə yüksəlməyəcəyi təqdirdə, 2027-ci ilin yayında almaniyalı yarımmüdafiəçi Florian Virtsin komandadan ayrılması variantını nəzərdən keçirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" idman nəşri məlumat yayıb.
Komandanın yeni baş məşqçisi Andoni İraola alman futbolçuya mərkəz hücumameylli yarımmüdafiəçi rolunu tapşırıb. Lakin mövqe dəyişikliyi hələlik gözlənilən sıçrayışa səbəb olmayıb. Oyunçu komandanın əsas fiqurlarından birinə çevrilməsə, klub onun gələcəyinə yenidən baxa bilər.
Qış transfer dövründə onun komandadan ayrılmasının qeyri-mümkün olduğu, lakin yayda klubun bu variantı nəzərdən keçirə biləcəyi qeyd olunub.
Cari 2026/27 mövsümündə Virts Premyer Liqada 5 matça çıxıb və hamısında start heyətində meydana daxil olub. Onun aktivində 1 məhsuldar ötürmə var.
Xatırladaq ki, Virts 2025-ci ilin yayında "Bayer"dən "Liverpul"a transfer olunub.













