07 May 2026, 01:42
ÇEMPİONLAR LİQASI
Çempionlar Liqasının yarımfinalının "Bavariya" – PSJ arasında keçirilən cavab qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşün ən yaxşısı Fransa təmsilçisinin müdafiəçisi Uilyam Paço olub.
Ekvadorlu müdafiəçi 2 dəfə rəqibdən top ala bilib. O, həmçinin oyunda 8,9 km məsafə qət edib.
Komandalar arasında ilk oyun 5:4 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Beləliklə, parislilər Çempionlar Liqasının finalına vəsiqə qazanıblar və Londonun "Arsenal" komandası ilə qarşılaşacaqlar.
Turnirin hazırkı finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Yarışın həlledici qarşılaşması mayın 30-da baş tutacaq.












