06 May 2026, 10:14
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün ilk finalçısı məlum olub.
Matc.az xəbər verir ki, "Arsenal" yarımfinalın cavab görüşü çərçivəsində doğma meydanda "Atletiko"nu qəbul edib. Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
İki oyunun nəticəsinə görə 2:1 hesablı üstünlük əldə edən Mikel Artetanın komandası finala yüksəlib. "Arsenal" həlledici matçda "Bavariya" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək.
"Arsenal" - "Atletiko" 1:0
Qol: Bukayo Saka, 45

_1778065196.jpg)
_1778064537.jpg)









