UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Matc.az xəbər verir ki, finala vəsiqə qazanacaq növbəti komandanın adına Almaniyada aydınlıq gəlib.

"Bavariya" Münhendəki "Alyanz Arena"da PSJ-ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekinlaşıb. İki oyunun nəticəsinə əsasən Paris klubu finala vəsiqə qazanıb.

Qeyd edək ki, PSJ finalda "Arsenal" ilə üz-üzə gələcək. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may

"Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:1
Qollar:
Keyn, 90+4 // Dembele, 3
(İlk oyun - 4:5)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest