"Liverpul"un baş məşqçisi Arne Slot klubdakı fəaliyyəti və qarşılaşdığı çətinliklər barədə açıqlama verib.

Matc.az xəbər verir ki, o, mətbuatda ona qarşı səslənən tənqidlərə münasibət bildirib və əsas problemin heyətlə bağlı olduğunu vurğulayıb.

"Tənqidlərə görə işimdə problem yaranmayıb. Bu peşənin mahiyyəti tənqid deyil. İşimi çətinləşdirən bir çox oyunçunun xidmətindən yararlana bilmədən, növbəti oyunda qalib gəlməyə çalışmaqdır. Əsl çətinlik budur", - deyə Slot açıqlamasında bildirib.

Qeyd edək ki, hazırda "Liverpul" 34 turdan sonra 58 xalla Premyer Liqaının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest