"Bavariya" müdafiəçi Konrad Laymerlə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Klub avstriyalı müdafiəçi ilə gələn ilin yayında başa çatan müqavilənin uzadılması üçün razılıq əldə edə bilmir. Münhen təmsilçisi Laymerin yüksək maaş tələbini qəbul etmir. Bundesliqa nəhəngi belə olan halda yayda 28 yaşlı sağ cinah müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Konrad Laymer bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 3 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest