"Fənərbaxça"nın müdafiəçisi Arçi Braun ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.

"Nottingem Forest" ingiltərəli futbolçunu transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 23 yaşlı sol cinah müdafiəçisi üçün 16 milyon avro ödəməyə hazırdır. Türkiyə klubu isə oyunçusu üçün 18 milyon avro tələb edir.

Qeyd edək ki, Arçi Braun bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 4 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest