Almaniya millisinin çalışdırıcısı Xulian Nagelsmann "Real"ın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd olaraq göstərilir.

Matc.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.

Bildirilir ki, daha əvvəl Madrid klubunda baş məşqçi vəzifəsinə əsas namizəd Joze Mourinyo idi. Lakin "Real"ın rəhbərliyi hazırda üstünlüyü daha çox Nagelsmann verir. Onun stilinin hazırkı heyətə və komandanın məqsədlərinə mükəmməl uyğun gələcəyinə inanırlar.

Nagelsmannın özünün də "Real"da işləmək perspektivinə müsbət baxdığı bildirilir. Lakin o, Almaniya milli komandasından yalnız 2026-cı il dünya çempionatından sonra ayrıla bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest