"Yuventus" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Turin təmsilçisinin əsas hədəfi "Ştutqart"da çıxış edən Angelo Ştillerdir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İtaliya klubu almaniyalı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. 25 yaşlı dayaq yarımmüdafiəçisinin klubu ilə müqaviləsində 40 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, Angelo Ştiller bu mövsüm "Ştutqart"ın heyətində keçirdiyi 48 oyunda 2 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest