"Real" 34 yaşlı müdafiəçisi və kapitanı Daniel Karvahalın zədələndiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real"ın tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra oyunçumuz Daniel Karvahala sağ ayağının beşinci barmağının distal falanqasının sınığı diaqnozu qoyulub. Prossesin gedişatı ilə bağlı gözləmə mövqeyindəyik", - deyə klubun açıqlamasında bildirilir.

Xatırladaq ki, oktyabrın sonundan yanvar ayına qədər Karvahal diz zədəsi səbəbindən 12 oyunu buraxıb. Sentyabrdan oktyabr ayına qədər isə müdafiəçi əzələ zədəsindən sağalıb.

Bu mövsüm Karvahal bütün yarışlarda 20 oyunda meydana çıxıb, lakin fərqləə bilməyib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 6 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest