"Qalatasaray" Türkiyə Super Liqasının XXXII turunda səfərdə "Samsunspor"un qonağı olacaq.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna iki itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Uğurcan Çakır cəzalı, vinger Yaser Asprilya isə zədəlidir.

Qeyd edək ki, "Samsunspor" - "Qalatasaray" görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Sarı-qırmızılar" qələbə qazansalar, mövsümün bitmısinə iki tur qalmış çempion olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest